Fikrət Fərəməzoğlunun məhkəməsinin baxış iclası başladı

img

06-12-2016 [13:26]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, "jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fəraməz oğlu) cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F. Fəraməzoğlunun vəkilləri Elçin Sadıqov və Cavad Cavadlı çıxış edərək maddi sübutların götürülməsi haqqında protokoldakı imzaların ekspertizadan keçirilməsini və kimə məxsus olmasının müəyyənləşdirilməsini istəyiblər.

 Bildiriblər ki, F. Fəraməzoğlu həmin protokolla tanış olan zaman imzaların ona məxsus olmadığını deyib. Məhkəmə vəsatəti təmin etməyib. 

Proses dekabrın 15-də davam edəcək.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA