KXCP nazirliklərə sorğu göndərib - Səbəblər

img

05-12-2016 [20:39]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP)  İdarə Heyətinin  yığıncağı keçirilib.

Bu barədə Mia.az-a partiyadan məlumat verilib.

Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilib.
 
İdarə Heyətinin yığıncağında  KXCP Ali Məclisinin növbəti sessiyasının 24 dekabr  2016-cı il, saat 11:00-da Partiyanın mənzil qərargahında keçirilməsi  qərara alınıb.

Yığıncaqda 11 dekabr 2016-cı il saat 13:00-da 21 Azər  Hərəkatının  ildönümü ilə bağlı Milli Hökümətin rəhbəri  Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etmək haqqında  qərar qəbul olunub.

İdarə Heyətinin yığıncağında, son dövrlər  qazdan zəhərlənmələr  və intiharlarla bağlı müzakirələr aparılmış, baş verənlərdən narahatlıq ifadə olunub:

"KXCP  İdarə Heyəti,  müzakirə olunan məsələ ilə bağlı  Respublika Prokurorluğuna, Daxili İşlər, Səhiyyə və Fövqaladə Hallar Nazirliklərinə sorğu göndərilməsinə qərarr verib".


Digər xəbərlər
SON XƏBƏRLƏR