05-12-2016 [11:30]
"Bir həftə bundan əvvəl inhisarçı subyektlərin müraciətləri əsasında tənzimlənən qiymətlərin kəskin bahalaşması məcburi köçkünlərə və və onlara bərabər tutulan şəxslərə güzəştlərin ləğvinə dair müzakirələrə də şərait yaradıb”.
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı alim,Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.
"Bu müzakirələrə əsas yaradan başlıca səbəblərdən biri də növbəti ilin dövət büdcəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsinə ayrılacaq vəsaitin 21 faizə qədər azaldılmasıdır. Belə ki, 2016-ci ildə həmin məqsədlə 224,4 milyon manat vəsait xərclənəcəyi gözlənildiyi halda, gələn ilin büdcəsindən bu illə müqayisədə 46,9 milyon manat az, cəmisi 177,5 mln. Manat vəsait Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün proqnozlaşdırılıb. Halbuki, indiki ağır sosial-iqtisadı şəraiti, eyni zamanda qaz və işığın tariflərində müvafiq olaraq 2 və 1,6 dəfə artımı nəzərə alanda, əksinə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönələcək vəsaitin həcmi artırılmalı idi.
Çünki, Azərbaycan Respublikasının "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qanununa görə, məcburi köçkünlərə mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Bu məqsədlə müəyyənləşdirilmiş normativlərə görə, məcburi köçkünlərə hər ay üçün adambaşına 150 kVt.saatdan, 35 kubmetr təbii qazdan, 5 kub metr sudan pulsuz istifadə etmək hüququ verilir. Tarif Şurasının son qərarı məcburi köçkünlər üçün də problem yarada bilər. Belə ki, 2 və daha çox ailə üzvlərinə malik olan məcburi köçkünlərin aylıq limitləri əhali qrupu üçün müəyyənləşdirilmiş 250 kVt.saatı keçdiyindən onlar da ödənişlərini yeni tariflərlə həyata keçirməli olacaqlar. Bu isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elektrik enerjisinə görə ödənişlərini artıracaq.
Məsələn, 2 uşağı olan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin ailə üzrə elektrik enerjisindən pulsuz istifadə limiti valideynlər də daxil olmaqla 600 kVt saat təşkil edir. Bu halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünə görə 250 kVt saatı 7 qəpikdən, yerdə qalan 350 kVt saatı isə 11 qəpikdən ödəməlidir. Anoloji vəziyyət qaz istehlakı illik 1500 kubmetrdən artıq olan çox uşaqlı məcburi köçkün ailələrində də müşahidə oluna bilər. Bu halda əslində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün gələn il bu illə müqayisədə büdcədən daha çox vəsait ayrılmalı idi. Əgər əksinə hazırkı layihədə bu məqsədlə ayrılacaq vəsait 21 fazi azaldılıbsa, onda ya maliyyə çətinliyi əsas götürülməklə 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırıldığı kimi gələn ildən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin güzəşlərinin bir qismi onlardan geri alınacaq, ya da 2017-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə nəzərdə tutulan vəsait artırılacaq.
Hesab edirəm ki, hazırkı şəraitdə ən düzgün qərar Milli Məclisin 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı məcburi köçkünlərin və onlara bərabər tutual sosial müdafiəsinin gücləndirilməsinə yaranmış kəskin sosial ehtiyacı və komunnal xərclərin artımını əsas götürməklə onlara ayrılacaq vəsaitin məbləğini ən azı 50 faiz artırmaq olardı. Əks tədqirdə, onsuz da ağır sosial şəraitdə yaşayan, pis güzərana malik olan məcburi köçkün və onlara bərabər tutulan şəxslər də yeni iqtisadi gerçəklikdə "yaşamağı” öyrənməlidir. Yeni iqtisadi gerçəkliyı Milli Məclisin vitse-spikeri artıq göstərib. Qaçqınlar və məcburi köçkünlər də, digər yoxsul vətəndaşlar kimi hökumətdən gözləntilərini arxa plana atmalı, kasıb yaşamağa öyrəşməli (guya ki, varlı yaşayırdılar?!) və ayaqlarını yorğanlarına görə uzatmalıdırlar” deyə ekspert Qubad İbadoğlu bildirib.
Sergen Yalçın: "Mən və köməkçilərimin maaşı vaxtında verilir, futbolçuların isə..."
"Konyaspor"un yeni baş məşqçisi bəlli olub
Türkiyənin ən böyük büdcəyə sahib 30 bölümlü serialı çəkilir - Məşhur oyunçulara rollar verilib
23 yaşlı model salonda güllələndi - FOTOLAR
Blinken Ər-Riyadda: "Qəzzada müharibə bitməlidir"
Türkiyə kəşfiyyatı terrora hazırlaşan 15 PKK-lını zərərsizləşdirib
Borrell Dünya İqtisadi Forumunda: "Bir çox Aİ ölkələri Fələstin dövlətini tanımağa hazırlaşır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan CHP sədri ilə görüşəcək - Tarix bəlli oldu
Göyçayda vəhşət: oğul 53 yaşlı atasını döyərək öldürüb (Yenilənib)
Zelenski NATO Baş katibi ilə bir arada: "Rusiya yeni hücuma hazırlaşır" - Ukrayna Alyansa üzv olmaq istəyir
Mehriban Əliyeva: "Əməyinə və iradənə görə çox sağ ol!"
Ukrayna Azərbaycana yeni səfir göndərib (Yenilənib)
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonası minalardan təmizlənir
Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim" - General və keçmiş idarə rəislərinin məhkəmə prosesi
Bakıda beynəlxalq oyun festivalı və konfrans keçiriləcək
Dövlət Su Ehtiyatları Agentliyi haqda yeni qərar imzalanıb
"Nar" hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Partiya sədrindən Nizamidəki özbaşınalığa etiraz: "İcra Hakimiyyəti kimlərə xidmət edir?" - VİDEO
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
Ülviyyə Fətəliyeva Avropa çempionu olub
Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi qandallanıb
Şotlandiyanın ilk müsəlman baş naziri istefa verib - Açıqlama
Rusiya MN: "Ukraynada daha bir qəsəbəni nəzarətə götürdük"
"90 faiz insan bir addım o tərəfə aralanan kimi dalınca danışır" - "Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi"
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
İMTAHANLARIN VAXTI DƏYİŞDİ - DİM-dən açqılama
Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib
Yatağına sığmayan Kükü çayı - VİDEO
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Sabiq deputat hakim qarşısına çıxarıldı: "Siyasi fəaliyyətimə görə həbs edilməmişəm" - VİDEO, FOTO (Yenilənib)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır