Yasamalda qadına hücum edib, pulunu apardılar

img

04-12-2016 [20:05]


Dekabrın 4-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib.

Mia.az Lent.az-a istinadən məlumat verir ki, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında - Şərifzadə küşəsində naməlum şəxs Mirzəyeva Zima Zülfüqar qızına hücum edib.

Həmin şəxs qadına hədə-qorxu gələrək pul tələb edib və onun üzərindəki 70 manat pulu ələ keçirərək qaçıb.

Qadın başına gələnlərlə bağlı polisə müraciət edib. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA