Bakıda "Topaz" silahlı basqın - 330 min apardılar

img

04-12-2016 [00:40]


Bakının Nərimanov rayonunda TopAz bukmeker ofisi soyulub. 

Bu barədə Sputnik-ə Nərimanov rayonu polis idarəsindən məlumat verilib. 

Hadisə dekabrın 2-də günorta saatlarında baş verib. Belə ki, Makarov tipli tapança ilə silahlanmış iki naməlum şəxs Ceyhun Hacıbəyli küçəsində "Şuşa" restoranı ilə üzbəüz yerləşən TopAz ofisinə gələrək mühafizəçini qorxudub kassadakı 330 manatı götürüblər. 

Onlar mühafizəçiyə xəsarət yetiriblər. Hazırda əməliyyatçılar fakt üzrə araşdırma aparırlar. Mühafizəçinin dediyinə görə, hücum edənlər yaşı 30-dan çox olmayan idmançı görkəmli şəxslər olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA