"Elə partiya sədri tanıyıram ki, milyonları var" - Partiya sədrindən ittihamlar

img

02-12-2016 [15:29]


Siyasi təşkilatlara ayrılan vəsaitin heç də bütün siyasi partiyalara şamil edilmir. 

Bu barədə açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hesab edir ki, bu vəsait məmur təbəqəsinə aidiyyat olan partiyalara aid edilib: 

"Fikrimcə, ayrılan vəsait bütün partiyalara aid deyil. Bu bəzi məmurların parlamentdə özlərinə yaratdıqları partiyalara aiddir. Bu gün o partiyalardan birinin səsi çıxırmı? Yox. O partiyalar müəyyən məmurların kurasiyasında olan partiyalardır. Heç onların tərkibində 20-30 nəfərdən artıq adam yoxdur. Adı parlamentdə təmsil olunan partiyaların hansının xalqın qeydinə qaldığını görmüsünüz? Onlar hakimiyyətin bəzi qollarında təmsil olunan məmur təbəqəsinin dövlət başçısından istifadə etdiyi partiyalardır. 

Elə partiya sədri tanıyıram ki, milyonları var. Məsələn, Vidadi Zeynalov bir məsələnin üstünü açmışdı. Mən o məsələyə qarışmaq istəmirəm. 

Düzdür, o vaxtı mənim də adımı çəkmişdi, amma onun dediyi adamları parlamentdə axtarmaq lazımdır. Ona görə də bu gün vəsait ayrılan partiyalar millətə aidiyyatı olmayan partiyalardır. Millətin içindən çıxan partiyalar dövlət tərəfindən maliyyələşmir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA