Bakıda “Təcili yardım” maşını qəzaya uğrayıb: xəstə ölüb, tibb bacısı yaralanıb

img

02-12-2016 [09:51]


Bakıda "Təcili yardım" avtomobili qəzaya uğrayıb, xəstə ölüb.

Hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib. Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli "Təcili yardım" avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda "Azsamand" markalı avtomobil qəfildən "Təcili yardım" maşınına çırpılıb. Əraziyə digər "Təcili yardım" avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA