Putin təsdiqlədi - Rusiyadan Qarabağla bağlı növbəti addım

img

01-12-2016 [19:15]


"Rusiya postsovet məkanında mövcud olan münaqişələrin siyasi-diplomatik yolla həllinin fəal tərəfdarıdır."

APA-nın verdiyi məlumata görə, bu məqam Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında qeyd olunub.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yeni xarici siyasət konsepsiyasının regional prioritetləri bölümünə salınıb.

Həmin bölümdə qeyd olunur ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud çoxtərəfli danışıqlar mexanizminə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə birgə bəyanatlarında qeyd olunmuş prinsiplər əsasında yardım edir.

Qeyd edək ki, yeni konsepsiya prezident Putin tərəfindən təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA