"Qoca" ləqəbli şəxs saxlanıldı - Azərbaycanda! (VİDEO)

img

01-12-2016 [17:24]


Bərdədə ata və 3 oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

ARB TV xəbər verir ki, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı 24 yaşlı Manaf Məmmədovla birlikdə Elçin Əliyevə narkotik maddə satarkən iş başında yaxalanıblar.

Bundan sonra Məmmədovların yaşadıqları evə baxış keçirilib. Saxlanılan şəxslərin atası 49 yaşlı Ədilxan Məmmədovun və daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından qurudulmuş marixuana aşkar edilib.

Müstəntiq Vəkil Əsgərov deyib ki, 30 yaşlı Elgiz Məmmədov kriminal nüfuza malik şəxsdir və el arasında "Qoca" ləqəbi ilə tanınır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA