01-12-2016 [13:50]
Xəbər verildiyi kimi, dünən Moskvada Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib.
Onun sözlərinə görə, bu iclas bəlkə də xüsusi diqqət çəkməzdi. Ancaq ən azı 3 məqam diqqəti bu toplantıya yönəldib:
"Birinci məqam. Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşdə dedi ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur.
Seygey Şoyqunun bu cümləsi Moskvanın Xəzərdə gələcək planları ilə bağlıdır. Rusiya 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı ortaq strukturun yaradılmasına çalışır. Rəsmi Bakının bu təklifə hələ ki, konkret cavabı yoxdur. Çünki, işğalçı Ermənistanın hərbi müttəfiqi avtomatik olaraq Azərbaycanın hərbi müttəfiqi ola bilməz. Rusiyadan silah və sursat almaq başqa, bu dövlətlə birgə hərbi sturktur yaratmaq başqa.
Doğrudur, iki nazirin görüşünün sonunda iki ölkənin Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalandı.
Əməkdaşlıq planına qərargah danışıqları və təhsil aiddir. Ancaq Rusiya Müdafiə Nazirliyi əməkdaşlığa dair əlavə müddəlar təklif etməyi planlaşdırır. Aydındır ki, bu təkliflər elə Xəzərdə birgə əməkdaşlığın genişlənməsini ehtiva edir.
Görünür, bu yolla Moskva iki məqsədinə çatmaq istəyir. Birinci məqsəd ABŞ-ın Xəzər akvatoriyasında mümkün fəallığının qarşısını almaq, ikinci məqsəd isə Azərbaycanı hərbi əməkdaşlığa cəlb etməklə Vaşinqtonun çox çalışdığı Transxəzər (Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi) layihəsinin reallaşmasını əngəlləməkdir.
İkinci və vacib məqam isə Sergey Şoyqunun Azərbaycanla hərbi əməkdaşlıq haqqında xoş sözlər söyləməsinə rəğmən, Moskvada əsas sənədi Ermənistanın müdafiə naziri Viqen Sərkisyanla imzalamasıdır.
Söhbət iki ölkə arasında birləşmiş qoşun qruplaşmasının yaradılmasından gedir. Şoyqu Azərbaycanın ünvanına dediklərinin eynisi Ermənistanın ünvanına dedi: "Rusiya Ermənistanla hərbi təhsil sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiya-Ermənistan münasibətləri müxtəlif razılaşmalar və müqavilə-hüquq bazası əsasında yaxşı qurulub.Ən əsası isə Rusiya ilə Ermənistan arasında tarixi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğudur”. Qeyd edək ki, birləşmiş qoşun qruplaşmasına Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin birləşmələri daxil olacaq.
Üçüncü məqam. Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iclası ilə eyni gündə Kremlin nəzarətindəki "Nezavisimaya qazeta”da maraqlı məqalə yayınlandı. Həmin məqalədə yazılırdı ki, Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada "sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilərlər. Mümkündür ki, bu mövzu Sergey Şoyqu ilə Zakir Həsənov arasında da müzakirə olunub".
Politoloqun sözlərinə görə, indiki şərtlər altında Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir:
Elxan Şahinoğlu
Birincisi, Azərbaycanın İrak, Kosovo və Əfqanıstandakı sülhməramlıların tərkibində iştirakı ümumi koalisiyanın varlığı ilə əlaqəli idi. Suriyada isə terrorçulara qarşı savaşan beynəlxalq koalisiya yoxdur.
İkincisi, Azərbaycanın Ermənistan hərbçiləri ilə eyni koalisiyada iştirak mümkün deyil. Üçüncüsü, Azərbaycanın Rusiyanın rəhbərliyi altında koalisiyada iştirakı rəsmi Bakının tərəf seçməsi anlamına gələcək. Yəni rəsmi Bakı yüzminlərlə insanın qətlinin səbəkarı Bəşər Əsəd seçəcək, qarşısında isə strateji müttəfiqi Türkiyəni və ABŞ görəcək".
Politoloq ötən gün Azərbaycan parlamentində deputatların Rusiyanın regional siyasətini tənqid etməsinə də münasibət bildirib.
O deyib ki, Rusiya təhlükəli qonşu olduğundan rəsmi Bakı "İsgəndər” raketlərinin Ermənistana verilməsi və Rusiyanın bu dövlətlə birgə hərbi birlikləri yaratması qərarına görə Moskvanı tənqid etmək istəmir. Buna baxmayaraq, "Rusiya işğalçı ölkədə "İsgəndər” raketlərini yerləşdirmək və Ermənistanla birgə qoşun birlikləri yaratmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyinə kölgə salır” ifadəsi Bakıda səslənməlidir:
"Əgər Azərbaycan rəsmilərnin bu açıqlamanı səsləndirməsi problematikdirsə, bu tip fikirlərin parlamentdə səslənməsi vacibdir. Deputatlar deyiblər ki, Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır. Bu cür tənqidlər daima səslənməlidir ki, Moskvada anlasınlar ki, Azərbaycanda Rusiyanın regional siyasətindən ciddi narazılıq var bu şərtlər daxilində Azərbaycan-Rusiya hərbi əməkdaşlığını üst səviyyəyə qaldırmaq çətindir".
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO