Müsavatla DUi-nin birgə mitinqi təxirə salındı

img

20-05-2010 [03:58]


Müsavat Partiyası və DUİ Kür və digər çayların daşması ilə əlaqədar ölkənin 40-a yaxın rayonunda fövqəladə vəziyyətin yaranması, xüsusilə Şirvan, Sabirabad, Salyan, İmişli kimi rayonlarda təbii fəlakətin qorxulu miqyas aldığını əsas götürərək may ayının 21-nə təyin olunan mitinqin təxirə salınması barədə qərar qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Partiyası və DUİ-yə daxil olan siyasi partiyalar bəyan edir ki, bu qərar partiyaların rəhbər strukturları, o cümlədən, partiyaların rayon təşkilatlarının rəhbərləri ilə aparılan intensiv müzakirələrdən və fəlakətin üz verdiyi bölgələrdən alınmış son məlumatları analiz edərək qəbul edilib. Belə qərarın qəbul edilməsi Azərbaycan xalqının mənafeləri, xüsusilə fəlakət bölgəsində olan insanların taleyi ilə bağlı olan narahatçılığın nəticəsidir. Müsavat Partiyası və DUİ-yə daxil olan siyasi partiyalar bəyan edir ki, 21 may 2010-cu il tarixə təyin edilmiş mitinqin şüarları və tələbləri öz aktuallığını saxlamaqdadır və yaxın günlərdə həmin tələblərlə keçiriləcək mitinqin tarixi və yeri müəyyənləşdiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA