"Vəziyyət gələn il daha mürəkkəb olacaq" - Elman Rüstəmovdan qorxunc proqnoz

img

30-11-2016 [15:22]


"Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik. Amma bu, o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb”.

 Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov 2017-ci il dövlət büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı deyib.

Elman Rüstəmov söyləyib ki, deputat Zahid Orucun tutduğu irad və etdiyi tənqid yerindədir: "Bu gün formalaşmış büdcəyə böyük əmək qoyulub. Maliyyə Nazirliyinin böyük zəhməti var. Zahid Orucla razılaşıram ki, bizim kommunikasiya siyasəti effektli deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA