65 yaşlı Nardaranlı özünü qatarın altına atdı - Bakı metrosunda hadisə

img

30-11-2016 [10:23]


Bu gün saat 09:20 dəqiqədə bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.

Mia.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, intihara cəhd edən şəxs 1951-ci təvəllüdlü Nardaran qəsəbə sakini Əhmədov Nəsir Əlihüseyn oğlu olub:

"Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamar mümkün olub. Qatar dərhal dayandırlıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb".

 Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Məlumatda o da bildirilib ki, hadisəyə görə qatarlarların hərəkət intervalında gecikmə yaranıb. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA