Oqtay Əsədovdan Hadı Rəcəbliyə xəbərdarlıq: "Dəfələrlə demişəm ki, bax, gör hara müsahibə verirsən"

img

29-11-2016 [18:53]


Milli Məclisin bugünki iclasında spiker Oqtay Əsədov parlamentin komitə sədri Hadı Rəcəbliyə irad tutub.

Spiker deputatı müsahibə verərkən diqqətli seçim etməyə çağırıb:

"Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, bax gör hansı adamlara müsahibə verirsən. Bu, nə xəstəlikdir, bir çoxlarımız müsahibə vermək üçün sino gedirlər. Müsahibə verdiyiniz saytlara da baxın ki, sizin sözünüzü bir yox, bir neçə dəfə təhrif edib verə bilərlər”.

Qeyd edək ki, parlamentin komitə sədri Hadı Rəcəblinin mətbuata verdiyi son müsahibələr ölkədə ciddi rezanans və etirazlara səbəb olub. Deputat müsahibələrinin birində "Müəllim dolana bilmirsə, işdən sonra fəhləlik eləsin”, digərində isə "Şəhid ailələri, Qarabağ əlillərinə dövlət nəyə görə dərman pulu verməlidir?” deyib.

Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA