28-11-2016 [15:21]
Birləşmiş Ştatların yeni administrasiyasında yüksək vəzifələrə təyinatlar edildiyi vaxt ABŞ-ın xarici siyasət kursu ətrafında müzakirələr davam edir. Seçki kampaniyası ərzində Donald Trampın Rusiya ilə daha yaxın münasibətlər qurmaq istəyə biləcəyi ilə bağlı fikirlər səslənirdi.
Amerika Azərbaycanlıları Şəbəkəsinin həmsədri doktor Ceyhun Mollazadə "Amerika icmalı” proqramında Tramp administrasiyasının Rusiya, Cənubi Qafqaz və Azərbaycanla bağlı mümkün siyasəti haqda danışıb.
Ceyhun Mollazadə seçki kampaniyası dövrü Donald Trampda xarici siyasət məsələləri və başqa ölkələrlə münasibətlərə biznes yanaşma tərzinin müşahidə edilidiyi deyib.
O, Tramp administrasiyasında yeni konsepsiyalar və mövqelərin ifadə oluna biləcəyini istisna etməyib və yeni seçilmiş prezident üçün əsas prioritetin Amerikanın maraqlarının üstün tutulmasından ibarət olacağını bildirib.
Ceyhun Mollazadə əsas prioritetlər sırasında Amerikanın təhlükəsizlik maraqlarının qorunması və terrorizmə qarşı mübarizə səylərinin gücləndirilməsini göstərib. O, Respublikaçılar partiyasının konseptual mövqelərini vurğulayıb:
”Lakin eyni zamanda onu da qeyd etmək lazımdır ki, cənab Tramp Respublikaçılar partiyasından namizəd olaraq seçilib və respublikaçıların hər zaman iki əsas konseptual mövqeləri olub. Birincisi, Amerikanın daxilində sərbəst, azad ticarət və biznesə dəstək, yəni azad, sərbəst şəkildə biznesin aparılması vəözəl sektorun Amerika iqtisadiyyatında güclü rol oynaması və hökumətin müdaxiləsinin məhdudlaşdırılması.
Onların ikinci güclü təcrübə xarici siyasət və milli təhlükəsizlik məsələləri ilə bağlıdır. dədir. Hesab edirəm ki, respublikaçıların bu dəyərlərini nəzərə almaq lazımdır, o biri tərəfdən isə Donald Trampın kampaniya zamanı qaldırdığı məsələləri.”
Seçki kampaniyası dövründə prezident seçilmiş Donald Tramp Rusiya prezidenti Vladimir Putin haqda müsbət fikirlər söyləmişdi. Bəzi təhlilçilər bunu Amerika və Rusiya arasında münasibətlərdə yeni fazasının başlanacağına işarə kimi qəbul edirdi. Ceyhun Mollazadə yeni administrasiyanın Rusiya ilə gələcək münasibətlərindən danışaraq deyib ki, kampaniya zamanı verilmiş vədlərdən asılı olmayaraq yeni prezidentin administrasiyası Kremllə münasibətlərdə bir neçə real məsələ ilə qarşılaşacaq:
"Mürəkkəb məsələlərdən biri Ukrayna məsələsidir, Krım yarımadasının anneksiyası, Ukraynanın şərqində baş verən hadisələrdir. Eyni zamanda, Gürcüstanın əraziləri, Dağlıq Qarabağ məsələsi, Suriyada Rusiyada tərəfdən aparılan əməliyyatlardır. Yəni bu məsələlərdə Obama administrasiyası və Kreml, Moskva arasında böyük dərəcədə fikir ayrılığı var.”
Ceyhun Mollazadə Konqresdə və Senatda qanunvericilər, eləcə də vitse-prezident seçilmiş Mayk Pens tərəfindən Rusiya ilə bağlı sərt mesajların verildiyini xatırladıb.
O deyib ki, Donald Trampın Rusiya ilə münasibətləri yeni çərçivədə inkişaf etdirmək istəyi ilə yanaşı, hazırkı realllq nəzərə alınmalıdır. Onun bildirdiyinə görə, ABŞ-ın yeni administrasiyasının Rusiya ilə bağlı siyasi kursunun formalaşdırılması üçün Amerika-Rusiya əlaqələrinin təhlil ediləcəyini, yüksək səviyyələrdə görüşlərin keçiriləcəyini və bundan sonra bir əməkdaşlıq modelinin yaranacağını gözləmək olar. Lakin o eyni zamanda, respublikaçıların Kremllə tonunun daha da kəskin şəkil ala və qarşıdurmanın güclənə biləcəyini də istisna etməyib.
Ceyhun Mollazadə ABŞ-ın yeni administrasiyasının Azərbaycanla işgüzar münasibətlər quracağını gözlədiyini bildirib:
"Hesab edirəm ki, yeni administrasiya və Azərbaycan arasında işgüzar və qarşılıqlı münasibətlər qurulacaq. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında enerji sahəsində, terrorizmlə mübarizədə, birgə sülməramlı qüvvələr çərçivəsindəstrateji münasibətlər var. Kosovoda, Əfqanıstanda və İraqda Azərbaycan və Amerika hökumətləri, dövlətləri və xalqları əməkdaşlıq edib.
Hesab edirəm ki, Tramp administrasiyası Amerika ilə neçə ildir müxtəlif sahələrdə əməkdaşlıq edən və müttəfiq olan Azərbaycan və Türkiyə kimi müsəlman ölkələri daha da yüksək dəyərləndirəcək və daha da sıx münasibətlər quracaq. Əgər o bölgədə hansısa terrorizm, ya da hansısa radikal qüvvələrlə mübarizə aparmaq istəsə, yeni seçilmiş gələcək prezident Tramp və onun administrasiyasının Azərbaycan və Türkiyə kimi ölkələrin əməkdaşlığına ehtiyacı olacaq”.
Strateq.az
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
DÇ-2026: Türkiyə yığması Kosovo sınağında (Yenilənir)
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı