28-11-2016 [15:12]
"Hiss olunur ki, İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə çalışır. Onun "indiki münasibətlərimiz yaxşıdır, amma bundan daha yaxşı edə bilərik” sözləri də bundan xəbər verir".
Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, hazırda İranla Azərbaycan arasında bir neçə birgə layihə var ki, onların reallaşması iki ölkə arasındakı əlaqələri daha üst səviyyəyə qaldırmalıdır:
"Birinci layihə Astara (Azərbaycan) – Astara (İran) dəmiryol xəttidir. Bu yeni dəhlizdir və Cənubla Şimalı birləşdirir. Astara-Astara dəmiryol xəttinin tikintisinin 2016-cı ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
İkinci layihə sonrakı mərhələdə Astara-Rəşt dəmiryol xəttinin tikintisidir. Birinci layihədən fərqli olaraq bu dəmir yolunun tikintisi bir qədər uzun çəkəcək. Çünki bu xəttin uzunluğu 160-170 km-dir. Problem ondadır ki, bu dəmiryol xətti İran ərazisində bəzi yerlərdə insanların evlərindən, təsərrüfatlarından keçəcək. Texniki məsələlərin həlli vaxt aparacaq.
Üçüncü layihə Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində dərman zavodunun tikintisidir. Bu zavod hər iki dövlətin müxtəlif növ dərman preparatlarına ehtiyacını ödəməlidir. Bundan başqa İran Azərbaycan ərazisində xəstəxana tikmək istəyir.
Məlumdur ki, Azərbaycan vətəndaşlarının bir hissəsi müalicə üçün İrana gedirlər. İranda tibdi xidmət və dərmanlar nisbətən ucuzdur. Azərbaycanda İrana bağlı xəstəxana olarsa, iranlı həkimlər Azərbaycana gələcəklər.
Dördüncü layihə Azərbaycanın Neftçala rayonunda İranla Azərbaycanın birgə fabrikinin işə başlamasıdır. Bu zavodda İran avtomobillərini istehsalı nəzərdə tutulub.
Bu layihələrin reallaşması noyabrın 28-də Bakıda İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə olunacaq. Komissiyada prezidentlərin növbəti görüşünün proqramı da hazırlanacaq".
Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanla İran arasında artan əməkdaşlığına baxmayaraq, Tehran-İrəvan əlaqələri əvvəlkitək Azərbaycanı narahat edir
"Məlum olduğu kimi, yaxın günlərdə İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfər edəcək. Bu, Ruhaninin Ermənistana ilk səfəri olacaq.
Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə də iki dəfə görüşüb. Buna baxmayaraq, Həsən Ruhaninin Ermənistana səfəri, keçirəcəyi görüşlər və imzalanacaq sazişlər Bakıda müzakirə predmeti olacaq.
Həsən Ruhani İlham Əliyevlə görüşlərində Dağlıq Qarabağ münaqişəsindən danışarkən, Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğuladığını söyləyib. İranın dini lideri Əli Xamaneyi də çıxışarında bir neçə dəfə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi dəyərləndirdiyini deyib.
İndi İran prezidentinin eyni sözləri İrəvanda təkrarlamasına ehtiyac var. İrəvanda veriləcək bu cür açıqlama Azərbaycanda müsbət qarşılanacaq. Ancaq bu ifadənin əvəzinə "biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq” sözləri işlənərsə, bu, rəsmi İrəvanın xeyrinə olacaq".
Ekspert deyir ki, İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığını üstələyir. İranla Azərbaycan arasında konkret layihələr var, dəmir yolu tikilir, birgə zavod və fabriklərin tikintisinə başlanacaq:
"İranla Ermənistan arasında konkret ortaq layihə azdır. Ermənistan kiçik dövlətdir, bazar da kiçikdir, potensialı yoxdur. Yəni praqmatik baxımdan da İrana Azərbaycanla əməkdaşlığı genişləndirmək daha məqbuldur. Bütün hallarda Azərbaycan cəmiyyətinin İrandan ən böyük gözləntisi odur ki, Tehran Ermənistan siyasətində Azərbaycanın maraqlarını ön planda tutsun.
Buna baxmayaraq, rəsmi Bakı İranın daxili işlərinə qarışmır, "Tehran niyə işğalçı Ermənistanla sıx əlaqələr qurur” sualını gündəmə gətirmir. Bunun əvəzində isə İran rəsmiləri əvvəlkitək Azərbaycan-İsrail münasibətləri haqqında narahatlıqlarını dilə gətirir, bu barədə mediaya açıqlama verirlər.
Doğrudur, əvvəlki illərdən fərqli olaraq bu açıqlamaların itensivliyi azalıb. Ancaq, bu mövzunu yenə ara sıra xatırladırlar".
Ekspertin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahi dekabrın 13-də Azərbaycana səfər edəcək. Böyük ehtimalla bu səfərdən sonra da rəsmi Tehran bəlli açıqlamaları səsləndirəcək:
"Azərbaycan rəsmilərinin iranlı həmkarları ilə açıq və qapalı görüşlərdə daima təkrarladığı "İsrail və ya ABŞ-la əməkdaşlıq İrana qarşı yönəlməyib” açıqlamaları da hələ ki, Tehranı sakitləşdirmir".
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
DÇ-2026: Türkiyə yığması Kosovo sınağında (Yenilənir)
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı