Polis Zaqatalada əməliyyat keçirib: Dini yığıncaqda 23 nəfər saxlanıldı

img

28-11-2016 [14:10]


Zaqatalada qanunsuz dini yığıncağın qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi vəDini Qurumlarla İş üzrə Dövlət Komitəsiəməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirak etdiyi qanunsuz dini yığıncaq təşkil etmələri müəyyənləşib.

Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA