“Həmin cinayətkarlar Rusiyada yaşayır” - Deputat

img

28-11-2016 [13:32]


"Xocalı soyqırımını törədənlərin əksəriyyəti bu gün Rusiyada yaşayır və oranın vətəndaşlarıdır. Bu, heç kimə sirr deyil. Həmin cinayətkarlar Rusiyada yaşayaraq, hətta iri bizneslə də məşğuldurlar”.

Bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentdə bu gün keçirilən "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib.

Deputat bildirib ki, hazırda Rusiyada yaşayan Xocalı soyqırımını törədənləri həmin ölkədən mütləq almalıyıq: "Biz beynəlxalq hərbi tribunallara müraciət etməklə yanaşı, Rusiyadan cinayətkarları tələb etməliyik. Beynəlxalq hüquqşünaslar səviyyəsində Xocalı cinayətkarlarını Rusiyadan aldıqdan sonra onlarla bağlı hərbi tribunal keçirə bilərik”.

Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA