25-11-2016 [16:31]
28-may.az saytı mərhum prezident Heydər Əliyevin 19 iyul 1991-ci ildə SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına yazdığı maraqlı məktubu dərc edib.
Mia.az tarixin bu maraqlı səhifəsini oxucularına təqdim edir:
******
Sizin nəzərinizə çatdırıram ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki, bu, sadəcə, «dəbə» uymaq deyil, son illər ərzində keçdiyim ağır məyusluqlar yolunun məşəqqətləri və hadisələrini yenidən qiymətləndirməyimin yekunudur. Məni bu addımı atmağa məcbur edən başlıca səbəblər aşağıdakılardır:
Birincisi, hələ 1990-cı ilin yanvarında Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP sıralarından çıxmaq fikri yarandı. Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bağlayırdım. Özümü ələ alıb səbrlə gözlədim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, «Pravda»dan başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə qarşı yönəldilmiş uydurma faktları əsaslandırılmış şəkildə həmin kütləvi informasiya vasitələrinin özündəcə təkzib etmək cəhdlərim boşa çıxdı. Yenidənqurmanın əsas nailiyyəti olan aşkarlıq özünü birtərəfli göstərirdi. Yanvar faciəsinin günahkarlarını üzə çıxarmaq və cəzalandırmaq haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ayrı-ayrı vətəndaşların, görkəmli ziyalıların müraciətlərini Azərbaycan kommunist rəhbərliyi qətiyyətlə rədd edirdi. Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.
İkincisi, üç ildən artıqdır ki, Mərkəzin ikiüzlü siyasəti nəticəsində, Sov.İKP-nin havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də yaranmış kəskin münaqişəli vəziyyət saxlanmaqdadır. Vilayət əslində tamamilə Azərbaycanın dövlət idarəçiliyindən çıxıbdır. Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistan və Azərbaycan arasında elan edilməmiş müharibə gedir. Hər gün iki tərəfdən də adamlar ölür. Bütün bunlar «humanist ideologiyalı» Sovet dövləti üçün adi haldır. Əminəm ki, partiya rəhbərliyi istəsəydi, hələ 1987-ci ildə üzdəniraq Qarabağ problemi ətrafında milli münaqişə təzə başlananda onun qarşısını ala bilərdi, get-gedə güclənən qarşıdurmaya və həm Azərbaycan, həm də erməni xalqına ağır fəlakət və müsibətlər gətirmiş bu qırğınlara imkan verməzdi. Deməli, siyasi Mərkəzə bu münaqişə lazımdır.
Üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda ərazi bütövlüyünün müdafiəsinə qalxmış geniş demokratik hərəkat və cəmiyyətim demokratikləşməsi Sov.İKP-nin rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur. Bu illərdə nə qədər adam siyasi fəaliyyətinə görə repressiyalara məruz qalıb. İl yarımdır ki, Azərbaycanın 2 milyonluq paytaxtı heç bir əsas olmadan fövqəladə vəziyyət rejimində yaşayır. Məhz belə bir şəraitdə respublika Ali Sovetinə üzdəniraq demokratik seçkilər və nəticələri İttifaqın xeyrinə irəlicədən həll olunmuş referendum keçirilmişdir. Fövqəladə vəziyyət şəraitində hər hansı demokratikləşməyə və xalqın iradəsini sərbəst ifadə etməsinə ümid bağlamaq avamlıq olardı. Demokratik təşkilatlar dəfələrlə seçiciləri« əksəriyyətimin referendumda iştirak etməməsi və referendumun nəticələrinin saxtalaşdırılması barədə məsələ qaldırmışlar. Ancaq Azərbaycanın kommunist rəhbərliyi bu müraciətlərə hətta baxmağa belə lüzum bilməyib. Mən Mərkəz tərəfindən sırınan yeni İttifaq müqaviləsinin əleyhinə çıxmışam və çıxıram. hər hansı bir suveren dövlətim tərkibində bir neçə suveren dövlət və eləcə də bundan irəli gələn azadlıqlar, səlahiyyətlər və funksiyalar ola bilməz. Bütün müttəfiq respublikalara əsl siyasi, iqtisadi azadlıqlara, milli dövlət dirçəlişi üçün müstəqilliyə imkan vermək lazımdır. Bu heç də respublikaların iqtisadi birliyinə və ənənəvi mədəni əlaqələrinə mane olmaz, əksinə, onların təkmilləşməsinə, ikitərəfli və çoxtərəfli istiqamətdə inkişafına təsir göstərər. Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın xalq deputatı kimi öz çıxışlarımda bu məsələləri dəfələrlə qaldırdım. Təklif etdim ki, xalq arasında tam nüfuzunu itirmiş Azərbaycan KP təkhakimiyyətlikdən imtina etsin, bütün siyasi qüvvələrin azad və bərabərhüquqlu fəaliyyətini təmin etsin, demokratik cəmiyyətin yaranmasına, aşkarlıq və plüralizmə şərait yaratsın. 13 Ancaq bu çıxış və təkliflərimə Azərbaycanın kommunist rəhbərliyi nəinki baxır, əksinə, mənim ünvanıma təşkil olunmuş və hazırlanmış hücumlar şəklində cavab verir. Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar.
Bütün yuxarıda ifadə etdiklərim məni bu axırıncı addımı atmağa və Sov.İKP sıralarından çıxmaq haqqında bəyanat verməyə məcbur etdi; baxmayaraq ki, bu qərara gəlmək mənim üçün olduqca çətin olub. Mən kommunist ailəsində böyümüşəm və bütün şüurlu həyatım Kommunist partiyası ilə bağlı olub. 1943-cü ildə 20 yaşında ikən öz taleyimi bolşeviklər partiyasına bağlamışam. Kommunist partiyasının ideallarına varlığımla inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm. İndi bütün bu inamlarım məhv olub. Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə də xalqı aldatmaqdır.
Xalqa açıq və doğrusunu demək lazımdır ki, bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır. Bu bəyanatdan sonra qarşıma çıxa biləcək çətinlikləri təsəvvür edir, hər cür hücumları və mənəvi zərbələri qabaqcadan görürəm. Partiyanın keçdiyi yolun ayıq təhlili məni yuxarıda bəyan etdiyim indiki mövqeyə gətirdi. Bununla belə üzərimə düşən məsuliyyətin dərəcəsini də başa düşürəm. Sov.İKP sıralarını tərk edərkən, mən bütün təmiz və namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm.
Heydər ƏLİYEV. 19 iyul 1991-ci il".
«Azadlıq» qəzeti, 26 iyul 1991-ci il
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu