"Azərbaycanın xarici siyasətində anlaşılmamazlıq var" - Partiya sədri

img

25-11-2016 [15:36]


"İran Azərbaycana təzyiq göstərmək üçün prezdentini Ermənistana yollayır. Onlar bununla İsrail baş nazirinin Azərbaycana baş tutacaq səfərinə qarşı addım atdıqlarını zənn edirlər”.

Bunu Tərəfdar.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, İran həmişə Ermənistana kömək edib: "Azərbaycan İsrail münasibətləri hər zaman yaxşı formada olub. Bu təbii haldır. İran isə hər zaman biz ermənistanın nəfəsini kəsəndə onlara nəfəslik açıb, onlara kömək edib. İsrail baş nazirinin Azərbaycana səfəri çox mühim hadisədir. Düzdür, İran da bizə qonşu dövlətdir, onlarla da münasibətlərimizi inkişaf etdirməliyik. Amma çox təəssüflər olsun ki, İran üzdə başqa söz deyir, arxada başqa iş görür. İran Azərbaycana deyə bilmir ki, İsraillə yaxınlıq eləmə. Bunun müqabilində ermənilərlə münasibətlərini yaxşılaşdıraraq Azərbaycana mesaj ünvanlayır. Biz bu məsələlərdə ehtiyatlı olmalıyıq. Azərbaycanın xarici siyasətində anlaşılmamazlıq var, bu aradan qalxmalıdır. Mən hesab edirəm ki, Azərbaycan Qərbə inteqrasiya etsə daha yaxşı olar. Etibatsız dostlarla əlaqə qurmaq doğru deyil.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA