Azərbaycanlı məmur oğlu Lebedevin nəvəsi ilə qəzada öldü - Açıqlama

img

25-11-2016 [14:52]


Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub.

Virtualaz.org xəbər verir ki, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.

Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Cenevrə gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması proseduranda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. 

Valideyinlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı və magistraturanın birinci kursunda oxuyurdu.

 Atasını dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Lebedeva ilə dostluq münasibətlərinin olduğu bildirilir. 

Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA