Deputat Xanhüseyn Kazımlı fəlakət bölgəsində meyxana zousu təzkil edib

img

19-05-2010 [01:01]


Deputat Xanhüseyn Kazımlının iki gün əvvəl İmişli rayonunun Sarısu gölü ilə həmsərhəd olan kəndində etdiyi çıxışı gülməli vəziyyət yaradıb. Hadisənin şahidi olan İmişli rayon sakinlərindən biri Müstəqil İnformasiya Agentliyinə deyib ki, deputat X.Kazımlı Vüqar adlı meyxanaçı ilə rayonun Sarısu gölü ilə həmsərhəd kəndinə gələrək, meyxanaçını təqdim edib, dedi ki, bu adam bəndbərkitmə işində çalışan əsgərlər üçün konsert verəcək: ?Onun bu sözləri əsgərləri, ərazidə olan insanları həm təəccübləndirdi, həm də gülüşə səbəb oldu. Əvvəl hamı elə bildi ki, deputat zarafat edir. Lakin məsələnin ciddiliyini görənlər belə bir şouya ehtiyacları olmadıqlarını dedilər. Ancaq X.Kazımlı fikrindən dönmədi. Hətta vəziyyət o həddə çatdı ki, fəlakətin ilk günündən hadisə yerində olan və demək olar ki, əsgərlərin bütün yemək, ərzaq və digər təminatlarını cibindən ödəyən deputat həmkarı Əhəd Əhmədov da söhbətə müdaxilə edərək, həmkarını bu istəyindən döndərməyə çalışdı. Ancaq o, israrla belə bir konserti verəcəyini bildirdi. Bir sözlə, rayonumuzu və özünü gülməli vəziyyətə salmaq istəyən X.Kazımlı hətta Əhəd müəllimə ?sən mənim təbliğ olunmağıma imkan vermirsən?, - dedi. Nəhayət, əsgərləri və yerli sakinləri işdən ayıraraq, qısa da olsa konsert verməyə nail oldu. Doğrudur, konsert onun arzuladığı kimi uzun çəkmədi. Amma yerli sakinlər Xanhüseyn Kazımlıdan ciddi şəkildə narazı qaldılar?. Rayon sakini MİA-ya onu da bildirib ki, əslən İmişlinin Ağaməmmədli kəndindən olan X.Kazımlının Sarısu gölündən təxminən 10 kilometr aralıda ferması da var: ?İndi camaat rayonda onun bu hərəkətini lətifəyə çeviriblər. Əksəriyyət isə qəzəblənərək, ?Xanhüseyn Kazımlı əsgərləri işdən yayındırmağa cəhd edincə, çadırlarda yaşamağa məhkum olan insanlardan 10 nəfərini fermasında yerləşdirsəydi, bu, Allaha da, bəndəyə də xoş gedərdi?, - deyə, ondan ciddi narazı qalıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA