Deputat Əhəd Əhmədovun 5 manata aldığı piziklər imizlini ?əsarət?ə götürüb

img

19-05-2010 [12:25]


İmişli rayonunda qəribə hadisələr baş verir. Rayon skinləri selin yaratdığı təhlükənin həyəcanını yaşamaqla yanaşı, deputatları Əhəd Əhmədovun 100 min hektara yaxın taxıl zəmilərində yaşanan hadisələrdən də narahat olmağa başlayıblar. Məsələ burasındadır ki, deputatın taxıl sahələrini gəmiricilər (siçanlar) bərbad vəziyyətə qoymaqdadır. Ə.Əhmədov isə çıxış yolunu İmişli və ətraf rayonlardakı taxıl sahələrini gəmiricilərdən mühafizə etməyin yolun biri 5 manata pişik almaqda görüb. Ancaq pişiklər də deputatın karına gəlməyib. Müstəqil İnformasiya Agentliyini məlumatlandıran bölgə müxbirimizin sözlərinə görə, taxıl zəmilərinə siçan tutmaq üçün buraxılan pişiklər kütləvi şəkildə İmişlinin Bəhrəmtəpə qəsəbəsi istiqamətində kəndlərə doluşub: ?İndi elə vəziyyət yaranıb ki, bir kəndə bəlkə də 200-300 pişik yığışıb. Belə getsə, Əhəd Əhmədovun taxıl zəmiləri siçanların girovunda qaldığı kimi, İmişli və onun kəndləri də pişiklərin ?əsarəti?nə düşəcək. Camaat isə sel təhlükəsi dönəmində, aidiyyatı dövlət qurumlarından həyətlərindəki toyuq-cücəyə təhlükə yaradan pişiklərin də məhv edilməsini tələb edirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA