İqor Popov həmsədr kimi fəaliyyətini davam etdirir - Zaxarova

img

24-11-2016 [16:54]


"ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir".

Mia.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bir müddət əvvəl ABŞ və Fransa ATƏT-in Minsk qrupundakı həmsədrlərini dəyişdiklərini elan ediblər. Rusiya XİN 2010-cu ildən həmsədr olan İqor Popovu dəyişdirməyi planlaşdırırmı?" 
suala cavabında M. Zaxarova ABŞ və Fransanın həmsədrlərin dəyişdirilməsi ilə bağlı qərarlarını səfirlərin rutin rotasiyası adlandırıb: 

"Fikrimizcə, bu, səfirlərin rutin rotasiyasıdır. Bir istiqamətdə müəyyən müddət işləyən diplomatlar digər yerlərə göndərilir. Biz bunda hər hansı siyasi əsas görmürük. 

O ki qaldı İqor Popovun dəyişdirilməsi ilə bağlı məsələyə, məlum olduğu kimi o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası ilə məşğul olmağa davam edir", - deyə Rusiya XİN sözçüsü qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA