Türkiyə ilə Əsəd qüvvələri arasında müharibə başladı: 3 əsgər şəhid oldu, 10-u yaralandı

img

24-11-2016 [16:28]


Türkiyə Silahlı Qüvvələrinin Cerablusa təşkil etdiyi "Fırat Qalxanı" çərçivəsində El-Bab əməliyyatları zamanı Bəşər Əsəd qüvvələri tərəfindən qırıcılardan atılan bombalar zamanı 3 türk əsgəri şəhid olub, 10 əsgər yaralanıb.

Yaralılar hərbi vertolyot və təcili yardımlarla Kilis ilə Gaziantepədəki xəstəxanalara müalicə almaq üçün gətirilib. 3-ü vertolyot ilə, bir əsgər təcili yardım ilə Gaziantepə Universiteti Tibb Fakültəsi Xəstəxanasına gətirilib. yaralı əsgərdən 3-ü yoldaca şəhid olub. Yaralı əsgərlərdən birinin vəziyəti ağırdır.

Fırat Qalxanı Əməliyyatı Qalxanı çərçivəsində El Bab əməliyyatında hücumda şəhid edilən əsgərlərin Erdal Polat, Melih Özcan, Zəfər Ər olduğu təsdiq edilib. Şəhidlərdən Erdal Bolatın Sivas, Melih Özcanın Eskişehir, Zəfər Erin məmləkətinin isə Kırşehirdən olduğu öyrənilib.
TSK-dan edilən şərhdə da "Fırat Qalxanı Hərəkatında həyata keçirilən əməliyyatlar çərçivəsində, 24 Noyabr 2016 saat 03: 30 radələrində, Suriya rejim güclərin tərəfindən reallaşdırıldığı qiymətləndirilən hava hücumunda, üç qəhrəman silah yoldaşımız şəhid olmuş, biri ağır olmaq üzrə 10 qəhrəman silah yoldaşımız isə yaralanmışdır. Yaralı personal müalicələrinin edilməsi məqsədilə sürətlə bölgədən evakuasiya edilmişdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA