Hökumət AXCP üzvlərinə cərimə ödəyəcək - Avropa Məhkəməsi qərar verdi

img

24-11-2016 [15:14]


Bu gün Avropa Məhkəməsi bir qrup Azərbaycan vətəndaşının şikayəti üzrə qərar çıxarıb.

Mia.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

Onun söözlərinə görə, Avropa Məhkəməsi müdafiə etdiyi AXCP üzvləri İlham Hüseyn, Təzəxan Mirəmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun işləri barədə qərar elan edib:

"Qərara əsasən bu şəxslərin qanunsuz həbsi, toplaşma azadlığının və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu tanınıb. Ərizəçilərin hər birinə mənəvi ziyana görə 12 000 avro, hüquqi xidmətə görə ümumilikdə 6000 avro ayrılıb. Bütövlükdə bu məbləğ cəmi 78000 avrodur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA