Ziya Məmmədovdan oğlunun Trampın andiçmə mərasiminə dəvət olunmasına - Reaksiya

img

23-11-2016 [21:13]


"Amerika-Azərbaycan” Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunması gündəmə "bomba" kimi düşüb.

Mia.az xəbər verir ki, bununla bağlı Ziya Məmmədov "Yeni Müsavat"a açıqlama verib.

O, belə deyib:

"Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil.

 Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin ”.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA