"Anar Məmmədovun Vaşinqtona andiçmə mərasiminə dəvət olunması..." - Politoloqdan şərh

img

23-11-2016 [19:53]


"Əslində "Anar Məmmədov Donald Trampn andiçmə mərasiminə dəvət olunub” xəbərləri Anar Məmmədovun lehinə deyil, əleyhinə işləyir". 

Mia.az xəbər verir ki, bu fikirləi politoloq Elxan Şahinoğlu səsləndirib.

 O bildirib ki, hakimiyyət daxilində və cəmiyyətdə Ziya Məmmədov və onun oğluna birmənalı münasibət yoxdur:

"Anar Məmmədov haqqında mediada yazılanların mütləq əksəriyyəti neqativ yüklüdür. Prezidentin müxtəlif fərmanları ilə Ziya Məmmədovun bir çox funksiyası əlindən alınıb. Elə Anar Məmmədovun da Azərbaycanda bisnesi xeyli daralıb. Doğrudur, Anar Məmmədov Trampın ailəsi ilə ortaq biznes qurmaqla, Bakıda "Tramp Tower” binasını inşa etməklə, o cümlədən İvanka Trampı vaxtında Bakıya dəvət etmək onluğa vurdu, ailənin başı superdövlətin prezidenti oldu.

Ancaq Amerika prezidenti və onun ailəsi ilə dostluq pesrpektivli olduğu qədər təhlükələr də vəd edir. Azərbaycan hakimiyyətində bu qədər tanınmış isim varkən, Anar Məmmədovun Vaşinqtona andiçmə mərasiminə dəvət olunması açıq qıcıq yaradacaq. 

Donald Trampın gələcək xarici siyasəti də bəlli deyil. Bəlkə elə olacaq ki, Barak Obamanın prezidentliyi dövründə olduğu kimi rəsmi Bakı Tramp administrasiyasından da narazı qalacaq. Bax, onda Trampla yaxınlıq uğur yox, uğursuzluq gətirəcək. "Mən Trampın andiçmə mərasimində iştirak etdim” arqumenti də işə yaramayacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA