ADP parlament seçkilərinə 4-cü on namizədinin adını açıqladı

img

18-05-2010 [04:06]


Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək parlament seçkilərində partiyadan irəli sürüləcək növbəti on namizədin adını açıqlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bununla da partiyanın 41 namizədi bəlli olub. Qeyd edək ki, bundan əvvəl partiyadan olan 31 nəfər namizədin qatılacağı dairələrin adı açıqlanıb. 4-cü onluğa daxil olanlar aşağıdakılardır: 1.Adil Musayev ? 48 saylı Yevlax seçki dairəsi 2.İlqar İsmayılov - 23 saylı Nəsimi-Səbail seçki dairəsi 3.Kamal Hüseynov - 8 saylı Binəqədi 1-ci seçki dairəsi 4.İlkin Hümmətov ? 62 saylı Saatlı seçki dairəsi 5.Muraz Xəlilov ? 38 saylı Nizami 2-ci (Gəncə şəhəri) seçki dairəsi 6.Əli Rəfiyev ? 47 saylı Mingəçevir seçki dairəsi 7.Binnət Paşayev ? 25 saylı Nizami 2-ci seçki dairəsi 8.Mübariz İsmayılov ? 110 saylı Zaqatala seçki dairəsi 9.Söhbət Kəlbəliyev ? 20 saylı Nərimanov 2-ci 10.Eynulla Zalıyev - 71 saylı Masallı kənd seçki dairəsi Beləliklə ADP-nin parlament seçkilərində iştirak edəcək 41 namizədin adı bəlli oldu. Namizədlərin müəyyənləşməsi prosesi isə davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA