ABŞ-dan Azərbaycana tələb: "Həbsdəkiləri buraxın" - Bəyanat

img

23-11-2016 [15:25]


Amerika Birləşmiş Ştatları Avropa Şurası, Avropa İttifaqı və digərləri kimi noyabrın 18-də Azərbaycan Ali Məhkəməsinin REAL Hərəkatının sədri İlqar Məmmədovun apellyasiyasına verdiyi imtina qərarına dair narahatlıq bildirir.

Bu barədə ABŞ Dövlət Departamentinin REAL Hərəkatının sədri İlqar Məmmədovun verdiyi apellyasiyasına dair Ali Məhkəmənin qərarı ilə bağlı bəyanatında deyilir. (Turan)

"Biz Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bitün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü ildə verdiyi qərara riayət etməyə və cənab Məmmədov da daxil olmaqla, əsas azadlıqlardan yararlanmalarına görə həbsdə olan şəxsləri azad etməyə çağırırıq”, – sənəddə qeyd edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA