Oqtay Əsədov və deputatlar Rusiyaya gedir - Səbəb

img

22-11-2016 [21:33]


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Mia.az Milli Məclisə istinadən xəbər verir ki, səfərin məqsədi MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etməkdir.

Məlumatda qeyd olunur ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Əli Hüseynli, Arif Rəhimzadə, deputatlardan Kamilə Əliyeva, Rasim Musabəyov, Malik Həsənov, Fəzail Ağamalı, Mirkazım Kazımov, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA