"Bu iyrənc sifətlərin qarşısında nə danışmalıyam ki?!" - Əli Nağıyev YAP-la bağlı suala belə cavab verdi

img

22-11-2016 [18:59]


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında əməyi olan, keçmiş nazir Əli Nağıyev təşkilatın 24 illiyi ilə bağlı danışmaq istəməyib. 

Mia.az xəbər verir ki, o, moderator.az-a bildirib:

"İndi o qədər danışanlar var ki, mənim danışdıqlarım da hazır süfrəyə yekə çömçəsiylə dürtülənlərə  tikan kimi gəlir. Çünki onlar haram yeyənlərdir. Ona görə mən bu mövzuda heç danışmaq istəmirəm. Danışanlar da sürüylədi, ağzılarına gələni, bildiklərini də, bilmədiklərini də danışırlar.

 Allah rəhmət eləsin, Cavid Əfəndi demişkən, "Söyləşərlər, anlaşılmaz sözləri, Həp baxarlar, görməz ancaq gözləri.” 

Ona görə də qoy danışsınlar, mən bu mövzuya heç qayıtmaq istəmirəm. Qoy haram yeyənlər yesinlər, o yem güdənlərin məqsədi  dövlət deyil, millət deyil, onların məqsədi ancaq yemdir. Mən bu iyrənc sifətlərin qarşısında nə danışmalıyam ki?!

Nizami babamız gözəl deyib,

"Nizami, İsa tək çəkil bir yerə,

Xırmanı burax sən ot yeyənlərə,

Günəş kimi od vur bu dünyaya sən,

İsasız nə çıxar bu eşşəklərdən”.

Görün indi bu kişi ətrafındakı simasızlardan nə qədər yanıb…”

Əli Nağıyev  müsahibələrimizin birində də belə bir ifadə işlətmişdi: "Bu gün özünü YAP-a "dürtənlər” çoxdur və o zaman partiyaya müxalif mövqedə dayananlar, partiyaya qərargahın verilməsinə mane olanlar bu gün partiyanın İdarə Heyətinə hətta müavin səviyyəsinə dırmaşıblar. Həmin adamların partiyanın yaranmasından danışmağa haqları yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA