Soyundurulma zərurəti yarandığı halda video çəkilişlər aparılmayacaq - Qanun dəyişikliyi

img

21-11-2016 [11:33]


Azərbaycanda şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmayacaq.

Bununla bağlı Cinayət-Prosessual Məcəllənin 246-cı maddəsinə (şəxsi axtarış və götürmə) yeni bənd əlavə edilməsi təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişlər aparılmır. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.

Dəyişiklik layihəsi Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA