Avropa Məhkəməsi müsavatçı ilə cəhbəçilərin şikayətinə baxacaq - 7 iş üzrə qərar veriləcək

img

20-11-2016 [21:29]


Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarlarını elan edəcək.

Mia.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı "Facebook"da açıqlama verib.

O bildirib ki, 22-24 noyabr arasında Avropa Məhkəməsi Azərbaycana qarşı 7 şikayət üzrə qərar verəcək:

"Qərarlardan biri Mustafa Hacılının 2 aprel 2011-ci ildə həbs edilərkən pis rəftara məruz qalması ilə bağlı olacaq. O, Konvensiyanin 3 və 13-cü maddələrinin pozulduğunu bildirir.

Digər iş isə 6 ərizəçinin şikayəti ilə bağlıdır. Onların şikayəti 1 iş üzrə birləşdirilib və 1 qərarla elan ediləcək.

Ərizəçilər Dəyanət Babayev, Təzəxan Mirələmli, İlham Huseynov, Bəhruz Həsənov, Tofiq Dadaşov, Ağaverdi Ruşanov, Türkel Əlisoydur.

Onlar 11 mart 2011-ci il, 23 fevral 2014-cü il və 9 mart 2014-cü ildə keçirilən mitinqlərdə istirak etmək istəyiblər. Lakin hamısı mitinqdən bir neçə gün əvvəl tutularaq inzibati qaydada həbs olunmuşdular. Onlar Konvensiyanın 5.1, 6.1, 6.3 və 11-ci maddələrinin pozuntusunu iddia edirlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA