"Azərbaycan milli ordusu Gürcüstan və Ermənistandan qat-qat yüksəkdir" - Prezidentin köməkçisi

img

18-11-2016 [16:07]


"Azərbaycan əhalisinin sayına müvafiq olaraq milli ordusunun say tərkibi, hərbi texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyəti həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir".

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri mövzusunda elmi məruzəsində çıxışı zamanı deyib.

"Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur", – Prezidentin köməkçisi əlavə edib..  (Report)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA