Elnur Məmmədli Dünya Kubokunun qalibi oldu

img

17-05-2010 [12:58]


Misirin paytaxtı Qahirə şəhərində cüdo üzrə Dünya Kuboku keçirilib. Yarışda iştirak edən Azərbaycan yığma komandası 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Komandamızın heyətində qızıl medala Olimpiya çempionumuz Elnur Məmmədli layiq görülüb. O, 81 kq çəki dərəcəsində hamıdan güclü olub. Komandamızın heyətində gümüş medallara Tərlan Kərimov (66 kq) və Elxan Məmmədov (90 kq) sahib çıxıb. Komandamızın aktivinə bürünc medalları isə Elxan Rəcəbli (81 kq) və Ramilə Yusubova yazdırıb (63 kq). Xatırladaq ki, Misirdə keçirilən cüdo üzrə Dünya Kuboku yarışları Olimpiya Oyunlarına lisenziya xalları verirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA