İlqar Məmmədovu yenə azadlığa buraxmadılar - Məhkəmə

img

18-11-2016 [12:18]


Bu gün Ali Məhkəmədə "REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

T.Yaqublu bu il əfvlə azadlığa buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA