Anar Nağılbaz Cəmiləyə "torba tikib"

img

16-05-2010 [08:42]


"Maşın" realiti şousunun 10-cu sürətində də əvvəlkilər kimi qalmaqallar baş verir. 18 nəfər iştirakçıdan şounu artıq müğənnilər Elnur Hüseynov, İbrahim Borçalı, Cəmilə İsgəndərli və "Qala" qrupunun üzvü Ceyhun Əliyev tərk ediblər. Yarışmadan göz yaşları ilə ayrılan "Elit-star" Cəmilə öz təəssüratlarını bizimlə bölüşdü: "Uduzsam da, əhvalım yaxşıdır. Qoç döyüşünə qoç girər. Nəhayət ki, ürəyimdən tikanı çıxardım. Repçi Anar Nağılbaz 2003-cü ildən indiyədək mənimlə rəqabət aparır. O vaxt "Tunel" klubunda möhtəşəm təqdimat keçirdim. Anar Elşad Xose ilə gəlib məni aldatdı, pulumu alıb aradan çıxdılar. Sonra da mənə mahnı qoşdular - "dodaqları nə boyda, mini yubka". Hələ camaat Anarı yaxşı tanımır. Bilirsiz, o, kimdir?". Müğənni deyib ki, "Maşın" şouda da Anar Nağılbaz onunla düşmənçilik edib: "İbrahim Borçalı şoudan çıxan günün gecəsi Anar Nağılbaz iştirakçılara deyib ki, mənim şəklimi atsınlar. Digər bir nəfərə isə deyib ki, səs toplayıb, Cəmiləni şoudan çıxaracağam. Ceyhun da onun ucbatından çıxdı. Mən isə Anarı qabaqlamağa çalışdım. Düşündüm, o məni çıxarınca, mən onu çıxarım. Tamaşaçılar da gördü ki, kişilərlə rəqabət apardım. Açıq şəkildə dedim ki, Anarı vurmaq istəyirəm. Bilirdim ki, Anar səsverməyə çıxsa, ya məni, ya da Toliki vuracaq. Onun xırda adamlarla işi yoxdur, çünki əsas başda duranlardır. Anarın qalmasına imkan vermək olmazdı. Amma kişi olan kəs heç vaxt qadınla illər boyu rəqabət aparmaz. Anar isə həmişə məni yıxmağa çalışıb. Heç vaxt barışığa cəhd göstərməyib. Nə o, nə də Xose...". Cəmilənin fikrincə, artıq "Maşın" şousundakı iştirakçılar arasında parçalanma yaranıb: "Artıq inam itib, hamı bir-birindən ehtiyatlanır. Mən isə oyunu vaxtında-üzüsulu tərk etdim. Deməzdim ki, səs toplamadım. Cəmi 4 faizim çatmadı". Cəmilə şounun qalibinin kim olacağını deməyə çətinlik çəkərək, ötən ilki oyunu xatırlatdı: "Yazıq Faiq Ağayev də mənim kimi maşın ətrafında cəmi 4 gün dayandı. Sonadək kimi çıxaracağını deməyən Elariz səs toplayıb gözlənilmədən Faiqə "torba tikdi". Bu, əsl realiti-şoudur. Kiməsə etibar etmək doğru deyil. Mən qalsaydım, şou daha bir neçə gün rəngarəng olardı".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA