Statistika Komitəsinin əməkdaşı Cenevrədə keçirilən beynəlxalq tədbirdə! - FOTO

img

17-11-2016 [17:57]


17-18 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının Ekoloji göstəricilərə dair məqsədli işçi qrupunun 12-ci sessiyası keçirilir. 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.

Dövlət Statistika Komitəsindən Mia.az-a verilən məlumata görə, sessiyada "Ekoloji informasiyanın birgə sistemi” layihəsi çərçivəsində seçilmiş 18 əsas göstəricinin tətbiqi məsələlərinə baxılacaq.

"Energetika statistikası üzrə göstəricilərin işlənib hazırlanması sahəsindəki vəziyyət, eləcə də SEIS-in (Ekoloji informasiyanın birgə sistemi) yaradılması üçün potensialın artırılması sahəsində beynəlxalq təşkilatların maliyyələşdirmə imkanları və gələcək planlarla bağlı müzakirələr aparılacaq, biomüxtəliflik üzrə statistik məlumat və göstəricilər yenidən nəzərdən keçiriləcək. Sessiyanın qarşısında duran əsas vəzifələrdən biri də, beynəlxalq istifadəçilər üçün mühüm əhəmiyyət kəsb edən məsələ kimi seçilmiş göstəricilərin razılaşdırılmış formatda və ingilis dilində (əlavə olaraq milli dildə) mövcudluğu məsələsinin müzakirə olunmasıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA