Şamaxı rayonunda doğuş zamanı baş verən ana ölümü - Səbəb açıqlandı

img

17-11-2016 [15:00]


Şamaxı rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbləri açıqlanıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının  Doğum şöbəsində qeydə alınıb.
 
Ərçiman kənd sakini, 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.
 
Doğuşu qəbul edən mama-ginekoloq Nəzakət Abdulrazaqova APA-ya bildirib ki, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb.
 
Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Bu, qadının ilk hamiləliyi olub. 
 
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA