Diplomatımız hansı dövlət qurumunu ittiham edib? - Samir Adıgözəlli səfirlə söhbətini açıqladı

img

16-11-2016 [17:21]


Bu ilin aprel ayının 23 –də Gürcüstanın paytaxtı Tiflis şəhərində qondrama Erməni soyqrımını qınamaq məqsədi ilə "Beynəlxalq Diaspora Mərkəzi" tərəfindən aksiya təşkil edilmişdir. Həmin aksiya zamanı BDM - nin sədri İsmayil Ağayev BDM sədrinin birinci müavini Samir Adıgözəlli Gürcüstan sərhədindən heç bir səbəb göstərilmədən buraxılmayıblar.

Hadisə ilə bağlı Samir Adıgözəli İnterpress.az-a bildirib ki, BDM Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edib. 

S. Adıgözəlli əlavə edir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də yaranmış vəziyyətlə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinə rəsmi olaraq müraciət ünvanlasa da səfirlikdən cavab ala bilməyib.

Samir Adıgözəlli qeyd edib ki, Beynəlxalq Diaspora Mərkəzi Gürcüstan Konsulluğuna da müraciə tedib, məsələyə münasibət öyrənib:

"Gürcüstan Konsulluğundan bildirdilər ki, bu işlərlə Azərbaycanın Gürcüstandakı səfirliyi məşğul olmalıdır. Azərbaycanın Gürcüstandakı səfirinin müavini özü mənə şəxsən bildirib ki, Gürcüstana buraxılmamağımızın səbəbkarı Bakıdakı digər adını çəkmək istəmədiyim dövlət qurumudur. Bunun məndə səs yazısı da var. Ancaq mən hesab edirəm ki, əsl səbəb birmənalı olaraq Gürcüstandakı erməni lobbisidir. Görünən budur ki, səfirlik öz günahını digər dövlət qurumun üzərinə yıxmaq istəyir. Apardığım araşdırmaya görə, bu bəhanənin heç bir əsası yoxdur. Azərbaycan səfirliyindən tələb edirk ki, bizim müraciətimizə baxsın ki, Gürcüstana buraxılmağımıza icazə verilsin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA