ümid Partiyasının nümayəndələri ülkü Ocaqları Gənəl Dərnək bazqanı Harun Öztürk ilə görüzüb

img

15-05-2010 [01:36]


I Böyük Turan Qurultayına hazırlıq prosesi çərçivəsində Turan Strateji Araşdırmalar Mərkəzinin dəvəti əsasında Türkiyədə səfərdə olan Ümid Partiyası sədrinin ideoloji - təbliğat və gənclərlə iş üzrə müavini Taleh Əliyev və Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı başqanı, ?Yeni Nəfəs? qəzetinin qurucusu və yönətim başqanı, I Böyük Turan Qurultayının Azərbaycan üzrə təşkilat komitəsinin rəhbəri Seymur Həsənli Ülkü Ocaqları Gənəl Dərnək başqanı Harun Öztürk ilə görüşdülər. Ümid Partiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Gənəl Mərkəzdə qonaqları qəbul edən Harun bəy tanışlıqdan məmnunluğunu bildirdi və onların ziyarətinin məqsədi barədə maraqlandı. İlk çıxış edən Seymur bəy I Böyük Turan Qurultayına hazırlıq prosesi çərçivəsində səfərdə olduqlarını diqqətə çatdırdı. ?Biz Azərbaycan ülküçüləri ilə Türkiyə ülküçülərinin əməkdaşlığında maraqlıyıq. Əməkdaşlıq bir neçə istiqamətdə o cümlədən ilkin olaraq Yeni Nəfəs qəzeti və Ülkü Ocaqları dərgisi arasında qurula bilər. Bu gün həm Azərbaycan, həm də Türkiyədə Turan və Türkçülük adına alver edən kifayət qədər qüvvələr var. Bunun qarşısını alacaq tək qüvvə bizim həyata keçirəcəyimiz proqramlar və layihələr ola bilər.? Harun bəy bu əməkdaşlığın qurulmasında gərəkən bütün addımları atmağa hazır olduqlarını bildirdi. ?Bu istiqamətdə işlər aparmalıyıq. Bir-birimizi daha yaxından tanımalıyıq. Bizim əsas proqramlarımızdan biri Türkiyədən digər Türk dövlətlərinə gənclərin səfərlərini təşkil etməkdir. Həmçinin Türkiyəyə digər türk cümhuriyyətlərindən gənclərin toplu şəkildə dəvət etməklə bizim bir-birimizi daha yaxından tanımağımıza dəstək saxlamaqdır. Azərbaycanla bağlı da birlikdə bu proqramları gerçəkləşdirə bilərik.? Taleh bəy millətçi gənclər arasında aparılan danışıqları müsbət dəyərləndirərək real əməkdaşlığa doğru atılan addımların Türkçülük üçün əhəmiyyətini vurğuladı. ?Millətçi gəncliyin bütün Türk cümhuriyyətlərində siyasi partiyalara üz tutması yaxın gələcəkdə Türk Dünyasının siyasi cəhətdən də yaxınlaşmasına öz töhfəsini verə bilər. Bu baxımdan MHP siyasətini dəstəkləyən Ülkü Ocaqları ilə Ümid Partiyası Gənclər Təşkilatı arasında gələcək əməkdaşlığın faydalı olacağı qənaətindəyəm. İnanıram ki, bizim birgə təşəbbüslərimiz gələcəkdə digər türk cümhuriyyətində olan gənclərin də bu prosesə qoşulmasına da öz töhfəsini verə bilər. Bu da sizin qeyd etdiyiniz kimi bizim bir-birimizi yaxından tanımağımız və etimad göstərməyimiz üçün çox faydalı olar.? Görüş gələcək əməkdaşlığın müxtəlif formalarına dair aparılan danışıqlarla yekunlaşdı. Günün sonunda Türk Dünyasının böyük şəxsiyyətləri olan başbuğ Alp Arslan Türkeş və Ulu Öndər Məmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət edən Taleh Əliyev və Seymur Həsənli onların ruhuna dualar oxudu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA