Qayınanasının boğazını kəsdi - Bakıda dəhşətli cinayət

img

16-11-2016 [10:19]


Bakıda 56 yaşlı qadın boğaz nahiyəsindən bıçaq xəsarətləri alıb.

Mia.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, "Yeni sahə" adlanan ərazidə baş verib.

Belə ki, 1960-cı il təvvəllüdlü Hüseynova Bəsti Kərim qızı münaqişə zəminində kürəkəni Füzuli Musyaev tərəfindən boyun nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan B.Hüseynova xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Bəsti Hüseynovanın qızı həyat yoldaşından 5 il əvvəl ayrılıb. Yenidən ailə həyatı qurmaq üçün F.Musayev arvadına barışıq təklifi edib. Lakin onların arasında mübahisə düşüb. Bu zaman ər öz arvadını bıçaqlamaq istəyib. Mübahisə zamanı kürəkəninin qızını bıçaqlayacağını görən B. Hüseynova onların arasına girib və nəticədə bıçaq qadına tuş gəlib. F.Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA