Vətəndaz Cəmiyyətinə Dəstək Koalisiyasının yeni koordinatoru seçilib

img

15-05-2010 [01:28]


Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) yeni Şurasının ilk toplantısı keçirilib. VCDK-nın ofisində keçirilən iclasa Şura üzvləri tam tərkibdə qatılıblar. Iclasda gündəlikdə duran birinci məsələ kimi VCDK-nın Şura əlaqələndiricisinin seçilməsi məsələsi ətrafında geniş müzakirə aparılıb. Şura üzvləri əlaqələndirici vəzifəsinə Razi Nurullayevin uğurlu namizəd olduğunu qeyd edərək, onun bu vaxta qədərki fəaliyyətini müsbət qiymətləndiriblər. Müzakirələrdən sonra R.Nurullayevin namizədliyi alternativsiz səsə qoyulub. Açıq səsəvermə nəticəsində R.Nurullayev yekdilliklə VCDK Şurasınn əlaqələndiricisi seçilib. İclasda Ümumi Yığıncağın nəticələri barədə də müzakirə aparılıb. Şura üzvləri tədbirin təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib, ümumən prosesin uğurlu alındığını qeyd ediblər. Şura üzvləri VCDK-nın bundan sonrakı fəaliyyəti, həyata keçirəcəyi tədbirlər, gələcək perspektivlər, eləcə də donorlarla aparılacaq iş barədə də fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA