Özünü güllələyən sabiq polis əməkdaşı imiş - Təfərrüat

img

15-11-2016 [13:12]


Bakıda baş verən intihar hadisəsinin bəzi təfərrüatları məlum olub. 

Hafta.az-ın əldə etdiyi məlumata görə, Ziyafət Paşa oğlu Hüseynov 6-7 ildir ki, ürəyindən xəstə imiş.

Son aylarda isə ağrıları şiddətlənib. Ağrılara dözməyən marhum dünən 18.40 radələrində yaşadığı binanın 4-cü mərtəbəsində liftin qarşısında özünə odlu silahla atəş açıb. Onun ov həvəskarı olduğu, intiharı da özünəməxsus ov tüfəngi ilə etdiyi deyilir.

Əldə etdiyimiz digər bir məlumata görə, Ziyafət Paşa oğlu Hüseynov uzun müddət polis sistemində çalışıb. Atası isə Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifələr tutub. 

Xatırladaq ki, Yasamal Rayon Prokurorluğundan bu gün verilən məlumata görə, hadisə ötən gün rayonun Parlament prospekti 1, mənzil 40 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Ziyafət Paşa oğlu Hüseynov həmin ünvanda ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA