Müsavat iranın Azərbaycanın daxili izinə müdaxilə etməsi ilə bağlı bəyanat verib

img

14-05-2010 [05:59]


?İran hakimiyyət rejiminin din xadimlərindən biri, Ayətullah Nasir Məkarim Şirazi Azərbaycan Respublikasının və xalqımızın ünvanına ciddi təhdid dolu fikirlər səsləndirib. Azərbaycanda məscidlərin sökülməsinə münasibət bildirən yüksək rütbəli din xadimi ölkəmizdə sabitliyin pozulmasına, xalqımız arasında nifaq salınmasına gətirib çıxara biləcək fitvalar verəcəyini istisna etməyib. O, bu işləri görərkən buradakı tərəfdarlarına güvəndiyini də gizlətməyib. Ayətullah Şirazinin belə aqressiv danışığı təbii ki, ölkələrimiz arasındakı qonsuluq və dostluq münasibətlərinə ciddi zərbədir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Müsavat Partiyasının bəyanatında yer alıb. Müsavat Partiyası İran din xadiminin söylədiklərini ölkəmizin daxili siyasətinə kobud müdaxilə kimi dəyərləndirir və buna qəti etirazını bildirir. Rartiya İranın rəsmi dövlət qurumlarından din xadiminin fikirlərinə rəsmi mövqe bildirilməsini tələb edir. Müsavat Partiyası habelə Azərbaycan hakimiyyətinin ölkə dindarlarının hüquqlarının pozulmasına səbəb olan, qeyri-qanuni tikililər adı altında məscidlərin sökülməsinə yönələn siyasətini qətiyyətlə pisləyir və bəyan edir ki, əslində hakimiyyətin məhz bu cür hərəkətləri belə məsuliyyətsiz fikirlərin səslənməsinə rəvac verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA