Lənkəranda qanunsuz dini kitablar aşkarlanıb - DİN əməliyyat keçirdi

img

12-11-2016 [15:40]


Baş İctimai Təhlükəsizlik İdarəsi, Lənkəran ŞRPŞ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən Lənkəran şəhəri ərazisində şəhər sakini Müşfiqə Quliyevaya məxsus mağazadan satışına razılıq verilməmiş və markalanmamış 32 ədəd dini təyinatlı ədəbiyyat götürülüb.

Mia.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həmin mağazanın lisenziya olmadan fəaliyyət göstərdiyi də müəyyən edilib. Faktla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokol tərtib olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA