Direktor müəllimi ölümcül döydü - Azərbaycan məktəbində daha bir şok olay

img

11-11-2016 [23:18]


Gədəbəydə döyülmə faktı qeydə alınıb.

Hadisə rayonun Çobankənd kəndində qeydə alınıb.

Kənd orta məktəbin direktoru Sahib Babayev mübahisə zəminində məktəbdə fizika müəllimi işləyən 1960-cı il təvəllüdlü Qəhrəman Əliyevi döyüb. Müxtəlif bədən xəsarətləri alan müəllim dərhal Şəmkir Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan müəllimin qardaşının verdiyi məlumata görə, Q.Əliyev məktəb direktorundan uzun ildir çalışdığı üçün onun dərs saatını artırmağı xahiş edib. Lakin direktor onu çölə çıxararaq döyüb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA