"Vətəndaş neyləsin ki, yoxsullaşıb və kreditini ödəyə bilmir?" - Deputat

img

11-11-2016 [14:58]


Milli Məclisin iclasında cari məsələlər müzakirə olunub.  

Fazil Mustafa vətəndaşların müraciətini parlament rəhbərinin diqqətinə çatdırıb.

O qeyd edib ki, Azərbaycanda bir sıra xidmətlərin "ASAN Xidmət”ə verilməsi çox yaxşıdır:

"Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o, yoxsullaşıb və kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bu hüququ məhdudlaşdırmağın mənası yoxdur”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA