Parlament bu qanunlara dəyişiklik etdi - Siyahı

img

11-11-2016 [12:24]


Parlamentin bugünkü iclasında Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə haqqında məlumat verib. O bildirib ki, 3 layihə bir müddət əvvəl "Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Layihənin üçü də ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub. Həmçinin Vergi Məcəlləsində, "İnvestisiya fondları haqqında”, "Qiymətli kağızlar bazarı haqqında” və "Kommersiya sirri haqqında” qanunlarda dəyişikliklər müzakirəyə çıxarılıb.

Qanun layihələrindəki dəyişikliklərin texniki xarakter daşıdığı vurğulanıb.

Layihələr səsə qoyularaq qəbul olunub(modern.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA